"Barselona" mövsümöncəsi Asiya turunun ilk oyununda "Vissel Kobe"ni 3:1 hesabı ilə məğlub edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, kataloniyalıların heyətində Erik Qarsiya, yeni gələn Runi Bardaqci və əsas komandada debüt edən Dro Fernandes qol vurub.
Oyun Lamin Yamal üçün xüsusi olub, çünki o, ilk dəfə öz doğma klubunda ikonik 10 nömrə altında çıxış edib.
Ancaq gənc Yamal ən yaxşı şəkildə çıxış etməyib: qol vurmadı və Sofascore portalından bütün “Barselona” oyunçularının ən pis reytinqini alıb - 6.1.
Azarkeşlər vəziyyətdən narahatdırlar. TikTok-da Yamalın Vissel Kobe ilə oyundakı hərəkətlərindən seçilən və "yeni Ansu Fati?" başlığı olan video. təxminən 7 milyon baxış və yarım milyondan çox bəyənmə toplayıb.
* "Barselonada 10 nömrəni geyinmək çətindir, Ansu Fati bilir".
* "Məni qorxudur ki, Lamin bütün yay qalmaqallarda idi və indi o, belə dəhşətli oyun oynayır. Bu cür çökmə hekayələri çox olub".
* "Hələ nömrənin çəkisi var. “Barsa”da 10 rəqəmi lənətlənib, o, yalnız Messiyə məxsusdur".
* "Bu oğlanın özünə gəlmə vaxtıdır".