Dünyanın məşhur jurnalı “Azər-İlmə”dən yazdı
15 aprel 2013 11:34 (UTC +04:00)

Dünyanın məşhur jurnalı “Azər-İlmə”dən yazdı

Dünyanın xalçaçılıq sahəsində nüfuzlu jurnallarından olan “Halı” 175-ci sayında “Azər-İlmə” xalçaçılıq şirkəti haqqında xüsusi material verilib. Lent.az-ın məlumatına görə, burada Azərbaycanda ilk dəfə olaraq ən müasir standartlara cavab verən “Xalçaçılıq Tədris Mərkəzi”nin açılışından danışılır. Mərkəzdə 7-16 yaş arasında olan uşaqların təhsil aldığı, gənc xalçaçıların hazırlığı üçün bütün şəraitin yaradıldığı qeyd olunur.

 

Xalça və xalça məmulatlarından bəhs edən “Halı” jurnalı 1978-ci ildən Londonda nəşr olunur.  İldə dörd dəfə çıxan jurnalda müxtəlif ölkələrindən olan mütəxəssislərin araşdırmaları və ekspert rəyləri, xalçaçılıq sahəsindəki yeniliklər haqqında məqalələr dərc olunur, xalça kolleksiyaçılarına məxsus əntiq xalça nümunələrinin təsvirləri verilir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804

Oxşar yazılar