London Beynəlxalq Kitab Sərgisində iştirak edəcəyik
12 aprel 2013 21:01 (UTC +04:00)

London Beynəlxalq Kitab Sərgisində iştirak edəcəyik

15-17 aprel 2013-cü il tarixdə Londonda növbəti beynəlxalq kitab sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il London Kitab Sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu və həmin şöbənin baş məsləhətçisi Aslan Cəfərov təmsil edəcəklər.

Milli ekspozisiyamızı təşkil etmək məqsədi ilə sərgidə 24 kv.m-lik sahədə stend avadanlıqları quraşdırılıb.  Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa və s. aid 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilk dəfə 2009-cu ildə London Beynəlxalq Kitab Sərgisinə qatılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar