«ABBA» «Avroviziya-2013»-ün himnini yazıb
15 aprel 2013 22:32 (UTC +04:00)

«ABBA» «Avroviziya-2013»-ün himnini yazıb

İsveçin əfsanəvi «ABBA» qrupunun keçmiş üzvləri Benni Anderson və Börn Ulveus «Avroviziya- 2013» mahnı müsabiqəsi üçün himn yazıblar.

 

Lent.az-ın «Utor.ru»-ya istinadən məlumatına görə, bu haqda yarışmanın təşkilatçıları açıqlama verib.

 

 Xatırladaq ki, «Avroviziya-2013» bu il mayın 18-də İsveçin Malmö şəhərində keçiriləcək.

 

Həmin himn ilk dəfə bu yarışmada ifa ediləcək. Onu da qeyd edək ki, «ABBA» 1974-cü ildə «Avroviziya»-nın qalibi olmuş ilk İsveç təmsilçisidir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 805

Oxşar yazılar