Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası olacaq. Teatrın Mətbuat Xidmətindən Lent. az-a verilən məlumata görə, bu tamaşa Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilib.
Tamaşada xalq artisti Samir Cəfərov “Koroğlu”, gənc vokalçı İlahə Əfəndiyeva “ Nigar ” partiyasını ifa edəcəklər. Tamaşada həmçinin xalq artistləri Şahlar Quliyev, Əli Əsgərov, Nəzakət Teymurova, habelə əməkdar artistlər Nizami Bağırov, Sabir Əliyev və başqaları rol alıblar.
Qeyd edək ki, tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.