Bu gün “APA Holdinq”in əməkdaşı, APA TV-nin baş prodüsseri Ülkər Qasımovanın toy mərasimi oldu.
Ülkər xanım sevib-seçdiyi Rüfət bəylə ailə həyatı qurdu.
Toy mərasimində ölkənin APA Holdinqin kollektivi ilə yanaşı, ölkənin digər media orqanlarında da çalışan tanınmış jurnalistlər, sənət adamları iştirak ediblər. Toyu Murad Dadaşov açıb.
Mərasimdə xalq artistləri Flora Kərimova, Fəxrəddin Manafov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Faiq Ağayev, Füzuli Hüseynov, modelyer Fəxriyyə Xələfova Azərbaycanın “Eurovision” təmsilçisi Eldar Qasımov və başqaları iştirak və çıxış ediblər.
Təbrik edirik!