Serbiyada Azərbaycanın  uğuru
16 aprel 2022 08:51 (UTC +04:00)

Serbiyada Azərbaycanın uğuru

Serbiyanın nüfuzlu mədəniyyət ocaqlarından olan və 2022-ci ildə Avropa Mədəniyyət paytaxtı seçilən Novı Sad şəhərinin Dövlət Opera və Balet Teatrında dahi italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının möhtəşəm təqdimatı keçirilib. 

Lent.az xəbər verir ki, tamaşada üç ölkənin - Azərbaycan, Türkiyə və Serbiyanın tanınmış sənət xadimləri iştirak edib. 

Aida rolunu Ankara Dövlət Opera Teatrının direktoru, Türkiyənin məşhur opera müğənnisi Feryal Türkoğlu ifa edib. 

Operaya dirijorluğu isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Respublikanın əməkdar artisti Əyyub Quliyev uğurla həyata keçirib. 

Tamaşada aparıcı rolları - Metropoliten Opera Teatrının solisti (Nyu York) Miliana Nikoliç (Amneris), Stefan Karanaç (Radames), Jelko Andriç (Amonasro), Neboyşa Babiç (Faraon), Straxinya Doniç (Ramfis), Nataşa Knejevi və İqor Ksyonjik ifa edib. 

Tamaşaçılar azərbaycanlı dirijoru və operanın iştirakçılarını ayaqüstə alqışlayıb.

Anşlaqla keçən tamaşada şəhərin tanınmış mədəniyyət və incəsənət xadimləri və Türkiyənin Serbiyada Fövqəladə və Səlahiyyətli Səfiri Hami Aksoy iştirak edib. 

Tamaşadan öncə isə Novı Sad Opera Teatrının baş direktoru Aleksandr Stankov Azərbaycanlı dirijor Əyyub Quliyev və Ankara Opera Teatrının direktoru Feryal Türkoğlu ilə görüşərək onlarla bərabər üç ölkənin sənət nümayəndələrinin əlaqələrinin genişlənməsi perspektivlərini müzakirə etmişdir.
 

# 1809
avatar

Oxşar yazılar