"Şəfiqə Məmmədova hamıya  “xox gəlir”:   Xalq artisti OD PÜSKÜRDÜ
31 mart 2023 14:10 (UTC +04:00)

"Şəfiqə Məmmədova hamıya “xox gəlir”: Xalq artisti OD PÜSKÜRDÜ

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova barədə yenidən narazılıq var.

Bir müddət öncə ittifaqın bir qrup üzvünün kütləvi istefa verməsi barədə xəbər yayıldı. Buna səbəb olaraq istefa verənlər Şəfiqə Məmmədovanın qurultay keçirmədən özünü yenidən sədr elan etməsinə etiraz etmişdi. İttifaqdan isə bildirilmişdi ki, tezliklə kinematoqrafçıların qurultayı keçiriləcək. Hadisələrin üstündən 4 ay keçsə də, hələlik heç bir yenilik yoxdur. Bəs qurultay nə zamana qaldı?

Lent.az-ın bu sualını cavablandıran ittifaqın keçmiş üzvü, kinorejissor, Prezident təqaüdçüsü, Xalq artisti Şeyx Əbdül Mahmudov bildirib ki, Şəfiqə  Məmmədova yalandan vəd versə də, heç bir qurultay təşkil etməyib.

“Bizim haqqımızda dedilər ki, guya istefa vermişik. Bu istefa deyildi, Şəfiqə Məmmədovanın saxta sədrliyinə etiraz idi. 7 ildir qurultay keçirilmir, bu qadın niyə ittifaqın nizamnaməsini çıxarıb  jurnalistlərə göstərmir? Ora onun şəxsi mülkidir, sexidir, nəyidir? Hamıya xox gəlir, deyir, arxamda güclü adamlarım var, sizi süründürərəm. Ədliyyə Nazirliyinə müraciət elədim, dedim, o özünü saxta bir iclasla sədr təyin edib. Mənə deyirlər, “xəbərimiz yoxdur”.

Neçə aydır mətbuat bu barədə yazır, siz hara baxırsınız, xəbəriniz yoxdursa orda niyə oturmusunuz?”,- deyə o bildirib

“Bu dövlətin qanunlarını məmurlar pozur, onu adi kağız parçası hesab edirlərsə daha mən nə deyim? Mən ittifaqın 300 nəfər üzvü adından əlaqədar qurumlardan tələb edirəm, bu məsələ ilə məşğul olsunlar. Dövlət belə bir qurumu yaradıb, Şəfiqə Məmmədova kimi karyerası 30 il öncə bitmiş, kinoyla əlaqəsi olmayan bir qadın kreslonu əlinə keçirib, əl çəkmir. Hamı da göz yumur”,- deyə Xalq artisti etirazını bildirib.

# 2238
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar