“Şair təqdimatını çayxanda edirsə...” - Əyalət şairi danışır
07 mart 2024 17:10 (UTC +04:00)

“Şair təqdimatını çayxanda edirsə...” - Əyalət şairi danışır

“Əyalət şairlərinin ən böyük problemlərindən biri toplaşmaq, kitab təqdimatlarının təşkili üçün daimi məkanlarının olmamasıdır. Əyalət yazarları kitablarının təqdimatını, tədbirlərini hər hansı bir kafedə, çay evində, hansısa QHT-nin ofisində qeyd edirsə bu özü yaxşı hal deyil”.

Bu fikirləri Lent.az-a Oğuz rayonunda yaşayan şair Vüsal Oğuz əyalət şairlərinin rastlaşdığı problemlər barədə sualımızı cavablandırarkən səsləndirib.

“İnternet əsrində yaşayırıq, deməzdim ki, əyalətdə yaşamaq dərc olunmaq, tanınmaq üçün çətinlik vardır. İndi ən ucqar bölgədə, dağ kəndində yaşayan sanballı qələm sahibini də belə paytaxtda tanıyırlar. yetər ki, qələmin sanballı , yazıların tutarlı olsun”- o bildirib.

“Yazıçılar Birliyi” əyalət şairlərinə dəstək olurmu” sualını isə şair belə cavablandırıb:

“Yazıçılar Birliyinin dəstəyinə gəldikdə, onu qeyd edə bilərəm ki, rəhbəri olduğum Oğuz bölməsində son bir neçə ildə bölgə yazarlarının yaradıcılığını əks etdirən 3 almanax işıq üzü görüb ki, hər üçünün də ərsəyə gəlməsində lazım olan məbləği məhz AYB ödəyib. Təşəkkür edirk. Həmçinin son illərdə bir neçə istedadlı qələm sahibi mənim təqdimatım və AYB -nin qəbul komissiyasının rəyi əsasında AYB yə üzv qəbul edilib. Həmçinin, bir neçə şairin də Prezident təqüdünə layıq görülməsi də bizə ayrılmış diqqətdən irəli gəlir”.

Şair əyalətdə yaşayan yaradıcı adamların mərkəzdə keçirilən tədbirlərdən uzaqda qaldığını da söyləyib.

“Sadaladıqlarımla yanaşı, qayğılarımız və çətinliklərimiz də var. Təbii ki, əyalət şairi və ya yazarı mərkəzdəki proseslərdən və ədəbi tədbirlərdən kənarda qalır”.

# 2622
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar