Rusiya xaricdəki rəsm əsərlərinə görə narahatdır - SANKSİYA RİSKİ
12 mart 2022 08:45 (UTC +04:00)

Rusiya xaricdəki rəsm əsərlərinə görə narahatdır - SANKSİYA RİSKİ

Rusiyanın Ermitaj Muzeyi sərgi üçün xaricə göndərilmiş əsərləri ölkəyə vaxtından tez qaytarmaq istəyir.

Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, muzey Rusiyaya qarşı sanksiyalar çərçivəsində tarixi əsərlərin də müsadirə olunacağından ehtiyat edir.

Hazırda İtaliyadakı Milan Qalereyasında Ermitajdan göndərilmiş 22 sənət əsəri nümayiş olunur. Digər 4 Rusiya muzeyinin də tabloları burada iyunadək sərgilənəcək. Əsərlər Avropaya Ukrayna ilə münaqişədən əvvəl yola salınıb.

Ertmitajın rəhbərliyi artıq Milan Qalereyasına əsərlərin martın sonunadək qaytarılması üçün yazılı müraciət edib. Lakin sərginin davam etməsi və hava əlaqələrinin olmaması səbəbindən bu müraciətin yerinə yetirilməsi real görünmür.

Bundan əlavə, Ermitaj Britaniyanın 2 muzeyinə də sərgilənmək üçün rəsm əsərləri yollayıb. Lakin Londondakı “National Gallery” Ukrayna münaqişəsinə görə əsərləri baxışa çıxarmayıb.

# 1638
avatar

Oxşar yazılar