Qarabağ həqiqətlərini daha yaxşı onlar yazdılar– SİYAHI
18 mart 2021 16:58 (UTC +04:00)

Qarabağ həqiqətlərini daha yaxşı onlar yazdılar– SİYAHI

Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi “Qarabağ.İnsan.Qələbə” ssenari müsabiqəsinin qalibləri müəyyən edilib.

Kinematoqrafçılar İttifaqından Lent.az-a verilən məlumata görə, müsabiqəyə 40 iş təqdim edilib, 37 ssenari müsabiqəyə, 15 ssenari növbəti mərhələyə buraxılıb. Ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı, ssenarinin xarici tamaşaçının diqqətini çəkməsi amili əsas rol oynayıb. 

Rüstəm İbrahimbəyovun sədrliyi ilə, yazıçı, ssenarist Toğrul Cuvarlı, ssenarist, tərcüməçi Nəriman Əbdülrəhmanlı, rejissor, ssenarist Vaqif Azəryar, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əi İsa Cabbarovdan ibarət münsiflər heyəti müsabiqənin qaliblərini müəyyən edib:

Birinci yer: “Daima birlikdə” (müəllif Çingiz Rəsulzadə)
İkinci yer:  “Axırıncı palata” (müəllif Türkan Hüseynova)
Üçüncü yer:  “Kaş” (müəllif Hacı Səfərov)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Nigar Adil

Oxşar yazılar