Lent.az dünyada qadağan olunmuş 5 film barədə məlumat verir.
“Şeytanın əkizi” filmi Səddam Hüseynin qəddar oğluna həsr olunub.
Filmdə zorakılıq səhnələri çox olduğu üçün baxışı qadağan edilib.
“Müsahibə” filmi Şimali Koreya liderinə sui-qəsddən bəhs edir. Bu film beynəlxalq qalmaqala səbəb olub.
“44” bədii filmi tarixi faktları təhrif elədiyinə görə qadağan edilib.
Film II Dünya müharibəsi barədədir.
“Ehtiras imperiyası” yapon filmi açıq-saçıq səhnələri insanlarda şok yaratdığı üçün qadağan olunub.
“11 sentyabr” sənədli filmi isə baş verənlərin ABŞ tərəfindən təşkil olunmuş bir oyun olduğunu iddia etdiyinə görə, efir üzü görə bilməyib.