Niyə toydan sonrakı bir ay “Bal ayı”  adlanır? - Belə yaranıb
25 iyun 2024 15:33 (UTC +04:00)

Niyə toydan sonrakı bir ay “Bal ayı” adlanır? - Belə yaranıb

Nə üçün toydan sonrakı bir ay sevgi ayı, şirin ay,  konfet, noğul ayı yox, məhz "bal ayı" adlanır?

Lent.az  “Belə yaranıb” rubrikasında bu ifadənin mənşəyi barədə məlumat verir.

"Bal ayı" ifadəsi 16-cı əsrdə Şimali Avropada,19-cu əsrdən etibarən isə Rusiyada tətbiq edilən bir ənənədən yadigardır. Bu ənənəyə görə, yeni evlənən cütlüklər bir ay boyunca mayalı baldan hazırlanmış bal likörü içirdilər.

Evləndikdən sonra yeni evlənənlərdən toydan sonra 30 gün ərzində ballı içki içirdilər. Çox zaman cütlüyə bal küpü də hədiyyə olunurdu.

Bal həm cütlüyün və onların ailələrinin arasındakı münasibətlərin şirin olmasını simvolizə edirdi. Həm də balın güclü müalicəvi xüsusiyyətləri nəzərdə tutularaq bu nikahdan doğulan körpənin güclü və sağlam olmasını hədəfləyirdilər.

Təbii ki, balın və ondan hazırlanan məcunun cinsi gücü artırması da nəzərdən qaçırılmırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5514
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar