SSRİ xalq artisti, sovet və Rusiya rejissoru Vladimir Naumov vəfat edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o, 93 yaşında həyatını itirib. Naumov “Qaçış”, “Tehran-43” kimi filmlərinin rejissoru olub.
Xatırladaq ki, “Tehran-43” filminin bəzi epizodları Bakıda çəkilib.