“Orta məktəbdə bir qız sevirdim. O da məni istəyirdi. Qızgilin evi tərəfdə gəzirdim ki çölə çıxar mən onu görərəm, o da məni. Yevlaxın Ermənikənd deyilən bir qəsəbəsi var. Orda qalırdı. Ala-toranlıq idi. Bir nəfər yaxınlaşdı ki, sən kimsən, bura toyuq, hind quşu oğurlamağa gəlmisən. Dedim yox e, mən filankəsin oğluyam, burda adam gözləyirəm. İnanmadı, bıçağı dirədi böyrümə”.
Bunu Lent.az-a müsahibəsində məşhur bəstəboy aktyor Natiq Fərzəliyev deyib.
O sevdiyi qızdan ötrü gənclik illərində çəkdiyi əzabdan danışıb:
“Gördüm vuracaq. Dedim yaxında bir tanış yaşayır, gedək onlara, desinlər sənə. Palçıqda məni sürüyə-sürüyə, darta-darta apardı tanışımgilə. Üst-başım it günündə. Ev sahibi məni tanıyandan sonra o adam heç nə demədən, çıxdı getdi. Sonra Mən ali məktəbə girdim, o vaxt mobil telefon yox, qızgilin evlərində telefon yox, əlaqə zəif idi. Bir gün eşitdim götürüb, qaçıblar onu”.
Natiq Fərzəliyevlə çox maraqlı müsahibəni bu gün Lent.az-dan oxuya bilərsiniz.