Leonid Yakuboviç  “Pole çudes”  in bütün sirlərini açdı
30 mart 2023 16:33 (UTC +04:00)

Leonid Yakuboviç “Pole çudes” in bütün sirlərini açdı

“Pole çudes” proqramı mövcud olduğu 33 il ərzində çox populyarlıq qazanıb və bu veriliş barədə çoxlu şaiyələr yayılıb. Çoxları proqramda maxinasiyalara yol verildiyini deyirdi.

Lent.az xarici mediaya istinadən bildirir ki, aparıcı Leonid Yakuboviç proqram barədə həqiqətləri danışmağa qərar verib. O bildirib ki, proqramın ssenarisi olmayıb, iştirakçılarla verilişdən 5 dəqiqə öncə görüşərək tanış olurmuş.

Lakin onun sözlərinə görə, iştirakçılardan hansı mövzularda danışmaq istədiklərini mütləq soruşurmuş.

“Zarafatlar, oyun anları ilə bağlı hansısa məhdudiyyətlər qoyulmurdu. Həmişə oyunçuların pul qazanmasında maraqlı olmuşam. İstəyirdim ki, oyundan təəssüf hissi ilə ayrılmasınlar. Qara qutuya prizləri isə xüsusi komissiya qoyurdu. Bu prizlər smeta əsasında təyin edilirdi. Avtomobillərin açarı isə açıq sinidə qoyulurdu, onları dəyişmək imkanı yox idi”, -  o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2475
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar