Konsertdən sonra müğənni özünü pis hiss etdi və...
01 iyun 2022 15:11 (UTC +04:00)

Konsertdən sonra müğənni özünü pis hiss etdi və...

Hindistanın tanınmış müğənnisi KK dünyasını dəyişib. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Guardian” xəbər portalı məlumat yayıb. 

Məlumata görə, 53 yaşlı müğənni konsertdən sonra ürək tutmasından dünyasını dəyişib. 

O, konsert zamanı özünü pis hiss edib. Konsertdən sonra üşüdüyünü və otelə qayıtmaq istədiyini bildirib. Sonra otel otağında huşunu itirən ifaçı xəstəxanaya aparılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, müğənni hindi, benqal, tamil, assam, teluqu, kannada, malayalam, marati və gujarati daxil olmaqla müxtəlif dillərdə mahnı ifa edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2628
avatar

Sevinc Fərid

Oxşar yazılar