"Kız Kulesi" sökülür? - AÇIQLANDI
05 sentyabr 2022 17:48 (UTC +04:00)

"Kız Kulesi" sökülür? - AÇIQLANDI

İstanbulun məşhur tarixi abidələrindən biri "Kız kulesi"nin sökülməsi barədə yayılan iddialar müzakirələrə səbəb olub. 

Lent.az xəbər verir ki, bir vətəndaşın yenidənqurma işləri aparılan qalanı çəkib paylaşması insanlar arasında narahatlıq və təəccüb yaradıb. İddialara görə, qala sökülüb yerində iaşə obyekti tikiləcək. 

Türkiyənin Mədəni Abidələr və Muzeylər Baş İdarəsinin bu barədə açıqlamasında deyilir ki, abidə bundan sonra muzey kimi istifadəyə veriləcək:

"1940-cı illərdə qalada baş verən yanğından sonra döşəmə, nərdivan və damına dəmir-beton əlavə edilib. Lakin ərazidə professorlar Zeynep Ahunbay, Feridun Çılı, Han Tümertekin ilə İstanbul Texniki Universiteti və Fatih Sultan Mehmet Vakıf Universiteti arasında restavrasiya ilə bağlı yeni layihə və sənədlər hazırlanır. Qalanın terras-konus hissəsi zəlzələyə qarşı ehtiyat tədbiri almaq üçün qaladan çıxarılacaq. 2023-cü ildə cümhuriyyətin 100 yaşının tamam olduğu vaxtda “Kız Kulesi” tarixi və mədəni dəyərinə uyğun şəkildə bir muzey olaraq insanlara xidmət edəcək”.

Hətta abidənin yenidən qurulandan sonra necə görünəcəyi barədə foto da yayılıb. 

Qeyd edək ki, iki min illik tarixi olan, tarixi sirrini qoruyan "Kız Kulesi" daha çox "Kurtlar Vadisi" serialından tanınır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3957

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37