Gəncədə "Musiqi kimliyimiz" layihəsi Aşıq Molla Cüməyə həsr olunub.
Bu barədə Lent.az-a Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasından bildirilib.
Qeyd edilib ki, Filarmoniyanın təqdim etdiyi layihə aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunub.
Layihənin ilk günü Gəncə şəhər Fikrət Əmirov adına 1 saylı UMM, Zərif Qayıbov adına 5 saylı UMM-nin müəllim və şagirdləri çıxış ediblər. Onların ifasında "Baş şəşəngi", "Dost mehriban ya bir ola ya iki", "Ay bala gəlin", "Yaşa Azərbaycan", aşıq havası "Paşa köçdü", el havası, "Gödək donu", "Baş dubeyti" havası səsləndirilib.