Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb
04 oktyabr 2024 18:02 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskiyə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb.

Bu barədə Lent.az-a Filarmoniyadan bildirilib.

Qeyd edilib ki, Filarmoniyanın Urban Mərkəzində baş tutan bağlanışda Xalq artisti Adil Bayramov (tar), Ülfət Əkbərovun(kamança) müşayiəti ilə solistlər Şirxan Cahangirov, Zəminə Mustafayevanın ifasında "Qarabağ", "Mahur təsnifləri", "Heyratı muğamı", "Güllü qafiyə", "Segah təsnifi" səsləndirilib.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsində əbədiyaşarlarımız Fikrət Əmirov, Qara Qarayev, Süleyman Ələsgərov, Cabbar Qaryağdıoğlu yad edilib.

Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıbGəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıbGəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıbGəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıbGəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Oxşar yazılar