Eyni anda həm əlləri, həm də ayaqları ilə rəsm çəkir
28 avqust 2024 15:41 (UTC +04:00)

Eyni anda həm əlləri, həm də ayaqları ilə rəsm çəkir

29 yaşlı rəssam Rajacenna Van Dam istedadı ilə sosial mediada trend mövzusuna çevrilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Hollandiyada yaşayan Rajacenna Vam Dam eyni anda iki əlini, iki ayağını işlədərək 4 fərqli portreti ustalıqla yarada bilir.

Bir çox rəssamlar bir ömür boyu rəsm bacarıqlarını üstünlük təşkil edən əlləri ilə mükəmməlləşdirmək üçün sərf edirlər. Yalnız qeyri-adi istedadlı rəssam həm əlləri, həm də ayaqları ilə real portretlər yarada bilər.

Rajacenna Vam Dam hələ 4 yaşında ikən modellik etməyə başlayıb. O, aktyorluq karyerasına ilk dəfə televiziya proqramında iştirak etməklə başlayıb.

Uşaq aktyor kimi uzun müddət film və seriallarda çəkilən Dam 12 yaşında uşaqlar üçün televiziya proqramının aparıcısı olub. Rəssamlığa həvəsi 16 yaşında yaranan Rajacenna Dam istedadını kəşf edəndən sonra sosial şəbəkədə paylaşmağa başlayıb.

Mraqlıdır ki, kamera önündə işləyən rəssam şəkillər izləyiciyə baş ayaq görünməsin deyə onları tərsinə də çəkə bilir.

Qız rəsm çəkməyin heç də çətin görünmədiyini, eyni anda əl-ayaqlarını işlətməyin onun üçün təbii hal olduğunu bildirib.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar