Əməkdar artist Təyyar Bayramov
06 aprel 2021 12:27 (UTC +04:00)

Əməkdar artist Təyyar Bayramov

Əməkdar artistdən Rəmişin xəstəliyi ilə bağlı AÇIQLAMA

Xəstəxanada mərhum xalq artisti Rafiq (Ramiş) Hüseynovu ziyarət edən əməkdar artist Təyyar Bayramov gitara ifaçısı haqqında danışıb.

Təyyar Bayramov Lent.az-a açıqlamasında deyib:

"Rəmiş bizim sənətkarımızdır. Reanimasiyadan palataya köçürüləndə Mənsum İbrahimov ilə xəstəxanada onu ziyarət etdik.  Çox zəif danışırdı. İki gündən bir Gülü xanımla  danışırdım. Rəmiş ancaq deyirdi ki, can sağlığı olsun, Allah hamının canını sağ eləsin. İndi əvvəlkinə nisbətən yaxşıdır. Xəstəxanaya gedəndə səhhəti çox pis idi. Amma biz ziyarətə gedəndə rəngi özündə idi.  Gülü xanım bildirdi ki, Rəmiş deyir, məni gəzdir, onu dəhlizdə arabada gəzdirirəm. Rəmişin vəfatından üç-dörd gün əvvəl Gülü dedi ki, vəziyyəti yaxşı deyil. Rəmişin virusa yoluxmasını həkimlər deyirlər. Mən o dərəcədə bilmirəm. Bizə məlumat verildi ki, o, virusa yoluxub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3162
avatar

Yalçın UĞUR

Oxşar yazılar