Əlisa Nicat
01 dekabr 2022 15:29 (UTC +04:00)

Əlisa Nicat

Əlisa Nicata prezident təqaüdü veriləcək

Azərbaycan Yazıçılar Birliyi Əlisa Nicata maliyyə yardımı göstərəcək.

Bu barədə birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Lent.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, yazıçıya təqaüd ayrılacaq:

"İndiyə kimi Əlisa Nicat AYB-dən prezident təqaüdü almayıb. Bunun üçün o, özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün prezident təqaüdü ala biləcək".

Qeyd edək ki, yazıçı Əlisa Nicatın mənzilinin istilik problemi həll olunub.

# 3231
avatar

Nigar Namiq

Oxşar yazılar