Çəkiliş meydançasından qovulan ulduzlar
07 iyun 2023 13:23 (UTC +04:00)

Çəkiliş meydançasından qovulan ulduzlar

Lent.az müxtəlif filmlərin çəkilişlərinə dəvət almış, lakin çəkiliş meydançasını yarımçıq tərk etmiş ulduzlar barədə məlumat verir.

Rayan Qosling “Sevimli sümüklər” filmindən qovulub.

Piter Ceksonun “Sevimli sümüklər” filminin çəkiliş meydançasında xoş olmayan vəziyyət yaranıb. Rayan Qoslinqin layihəni qəfil tərk etməsi söz-söhbətlərə səbəb olub. Çoxları onunla Piter Cekson arasında layihəyə fərqli baxışa əsaslanan yaradıcı konflikt olduğunu söylədi. Qoslinqin sadəcə olaraq ulduz xəstəliyinə tutulduğunu deyənlər var idi, həqiqət çox sonra ortaya çıxdı. Ola bilsin ki, siz bilmirsiniz, amma Rayan Qoslinq əvvəlcə bu filmdə baş qəhrəmanın atasını oynamalı idi. Hamımız bilirik ki, bir çox aktyorlar rol naminə ən kəskin dəyişiklikləri belə etməyə hazırdırlar, lakin bu, həmişə yaxşılığa doğru deyil. 
Qoslinqin çəkilişə hazırlaşmaqda canfəşanlığı nəticə vermədi, Rayan filmə çəkilməzdən əvvəl xeyli kökəldi, çünki o, qəhrəmanının belə görünməli olduğuna inanırdı. Rejissor Piter Ceksonun bu obraza baxışı Rayan Qoslinqinki ilə üst-üstə düşmürdü. Cekson obrazı arıq görmək istəyirdi. Aktyorun 27 kiloqrama qədər kökəlməsi rejissorun xoşuna gəlmədi və onu bu rola çəkmədi. 

Enn Hetuey “Bir az hamilə”

Enn Hetuey “Bir az hamilə” filmində doğuş səhnəsində gücənmək, bağırmaq istəmədiyi üçün filmdən qovulub.

Kristian Beyl “Amerikalı psixopat”

Kristian Beyl “Amerikalı psixopat” filmindən iki dəfə qovulub. Bir aktyorun  qovulduğu filmə yenidən qaytarılması istisna haldır.
O zaman Kristian Beyli demək olar ki, heç kim tanımırdı, ona görə də Leonardo Di Kaprio onun rolu ilə maraqlananda, prodüserlər düşünmədən onu uzaqlaşdırıb Leonu dəvət etdilər. Leo imicini korlayacağından qorxduğu üçün sonda bu layihədən imtina etmək qərarına gəldi.  Beyl kin saxlamadı və layihəyə qayıtdı. Sonra rejissorla dalaşdığına görə yenə qovuldu. Lakin filmi başa çatdıra bildi.

 Meqan Foxs “ Transforerlər3”

O zamanlar az tanınan aktrisa Maykl Beyin "Transformers" blokbasterində əsas rollardan birini aldı və dərhal böyük populyarlıq qazandı, hamımız bunu çox yaxşı xatırlayırıq. Ancaq üçüncü hissəni çəkməzdən əvvəl o, filmin rejissorunu Adolf Hitler ilə müqayisə etdi. Bununla da münasibətlər korlandı. İmzalanmış müqaviləyə baxmayaraq, layihənin prodüseri Stiven Spilberq aktrisanın dərhal işdən çıxarılmasını tələb etdi.


 
Robert Dauni “Qravitasiya”

Bu heyrətamiz aktyoru necə qovmaq olar? Axı, hər kəs onunla işləməyi xəyal edir. “Gravitasiya” filmində əsas rollardan biri çəkiliş zamanı tez-tez improvizə edən Robertə həvalə edilmişdi, lakin bir neçə günlük iş göstərdi ki, aktyor bu rola heç də uyğun deyil, filmin rejissoru Alfonso Kuaron demişdi: “Robert fantastik aktyordur, lakin cazibə qüvvəsinin texnoloji aspektləri onun oyun tərzinə böyük maneə olacaq. Nəticədə aktyoru Corc Kluni əvəzlədi.


 

Natali Portman “ Romea və Cülyetta”

Aktrisa bu filmdə baş rol üçün 90-cı illərin ortalarında təsdiqlənmişdi,  o, Leonardo Di Caprio ilə birlikdə rol almalı idi, lakin çəkiliş zamanı 14 yaşlı aktrisa 21 yaşlı aktyorun yanında çox balaca görünürdü.  Buna görə, Portmanı Claire Danes əvəz etdi.


 

Nikol Kidman “Qorxu otağı”

Aktrisa Panic Room trillerində ana rolunu oynayaraq çəkilişlərə 18 gün sərf etdi, lakin sonda o, çəkiliş meydançasını tərk etmək məcburiyyətində qaldı və bütün bunlar daha əvvəl çəkiliş meydançasında aldığı diz zədəsindən yaranan  ağrılara görə idi. Nəticədə, əsas rolu Cudi Foster oynadı.

# 1578
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar