Bu filmi çəkmək üçün  yüzlərlə döyüş tankı aldılar
22 oktyabr 2024 12:54 (UTC +04:00)

Bu filmi çəkmək üçün yüzlərlə döyüş tankı aldılar

Lent.az “Kinofakt” rubrikasında daha bir film barəsində maraqlı faktı təqdim edir.

 “Savaş tanrısı” filmində istifadə edilən tank və silahların hamısı rekvizit yox gerçək olub. Filmin böyük maliyyə var idi və istehsalçılar silah almağın rekvizitdən daha ucuz başa gəldiyini düşünərək silah alverçiləri ilə danışıqlara başladılar. Adətən, bir çox Hollivud filmlərində mürəkkəb səhnələr kompüter qrafikası və müxtəlif effektlər vasitəsilə çəkilir. Bu filmdə isə istehsalçılar çexiyalı silah alverçilərinin Liviyaya satacağı bütün silahları çəkilişlər bitənə qədər icarəyə götürüb, sonra geri qaytarmışdı.

Onlardan alınan bütün tanklar çəkilişlərdən sonra yenidən silah alverçilərinə satılıb.

Bundan başqa tankların ölkənin müdafiə səınayesi tərəfindən  peyk vasitəsilə müşahidə olunub dronlarla vurulmaması üçün filmin istehsalçıları bu barədə Müdafiə nazirliyinə xəbərdarlıq ediblər.

2005-ci ildə istehsal edilmiş bu filmdə baş rolda Nikolas Keyc çəkilib.

Filmin rejissoru Andreo Nikkol  filmə 50 milyon dollar büdcə ayrıldığını bildirib. Film ekranlara çıxdığı il 72 milyon dollar kassa gəliri əldə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar