Brilliant Dadaşovanın zəngi mənə pis təsir etdi  - Afaq Bəşirqızı
08 fevral 2024 16:57 (UTC +04:00)

Brilliant Dadaşovanın zəngi mənə pis təsir etdi - Afaq Bəşirqızı

Bir neçə gün öncə Xalq artisti Brilliant Dadaşova Əməkdar artist, muğam ustası Ehtiram Hüseynovun iştirak etdiyi teleproqramda onun sənətinə yüksək qiymət verdiyini deyib, xəstələndiyi üçün üzlüdüyünü bildirərək ağlayıb.

Lent.az-ın xəərinə görə, onun bu addımı Xalq artisti Afaq Bəşirqızını xeyli təsirləndirib və proqramlardan birində bu barədə danışıb.

“Brilliant Dadaşovanın zəngi mənə pis təsir etdi. Brilliant bilir ki, mən onu nə qədər çox istəyirəm. Amma bu qədər həssas, diqqətcil olduğunu bilmirdim.

Brilliant, ürəyinə qurban. Bütün incəsənət xadimlərinə Brilliant xanım örnək olsun. Mən istəmirəm, sonra siz tabut üstündə ağlayıb deyəsiniz ki, “Vaxtsız getdi, dostumuz idi… "İnsanların dəyərini sağlığında bilin. Onlar da yaşamaq həvəsində olsunlar”. 

# 26454
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar