mərhum əməkdar artist Baloğlan Əşrəfov
03 iyun 2021 12:04 (UTC +04:00)

mərhum əməkdar artist Baloğlan Əşrəfov

Baloğlan Əşrəfovun oğlu ŞİKAYƏTLƏNDİ - Nazirlikdən İTTİHAMLARA CAVAB

Mədəniyyət Nazirliyi mərhum əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfovun ittihamlarına cavab verib.

Lent.az məlumat verir ki, B.Əşrəfovun oğlu sosial şəbəkə hesabında bildirib ki, nazirlik atasının ölümünə görə ailəsinə baş sağlığı verməyib:

“1971-ci ildən bəri sevilərək xalqın sevgisini qazanan və o gündən bəri sənəti ilə həmişə sevilərək gündəmdə qalmağı bacaran bir sənətçinin ölümü hər kəsə təsir etdi, bircə Mədəniyyət Nazirliyindən başqa...

Düz 50 il peşəkar sənətdə oldu. Ən azından Əməkdar artist adını alıb. Halbuki, başqa Əməkdar artist adı alanlara rəsmi qaydada başsağlığı verildi. Bəs niyə Baloğlan Əşrəfova eyni qayda da baş sağlığı verilmədi? Onsuz da sağlığında onun halalca adını, layiqli qiymətini ona vermədiniz. Halbuki xalq o adı ona çoxdan vermişdi. Niyə Baloğlan Əşrəfova qarşı belə ədalətsiz mövqe tutursuz? 

Baloğlan Əşrəfovun qiymətini zamanında maestro Niyazi, Şövkət Ələkbərova, İslam Rzayev verib. Baloğlan Əşrəfov dünən sənətə gəlməyib, 50 il bundan öncə senzuralar keçə-keçə gəlib.

Mədəniyyət Nazirliyi bu qədərmi Baloğlan Əşrəfova qarşı ədalətsiz mövqedədir, adi başsağlığı belə vermir?!”

Mövzu ilə əlaqədar Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə saytımızın sorğusuna cavab olaraq bildirilib ki, ittihamlar əsassızdır:

“Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da 70 yaşında vəfat edib. Baloğlan Əşrəfov aprelin 27-də Masallı rayonunun Bədəlan kənd qəbiristanlığında, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq dəfn edilib.

Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən Əməkdar artistin vəfat etməsi böyük kədər hissi ilə qarşılanıb, nekroloq verilib, ictimaiyyətə bu barədə məlumat nazirliyin rəsmi saytısosial media hesabları vasitəsilə təqdim edilib”.

Xatırladaq ki, B.Əşrəfov koronavirus (COVID-19) səbəbindən vəfat etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11334

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29