İlya Ştemler
03 dekabr 2022 16:50 (UTC +04:00)

İlya Ştemler

Bakıda doğulan yazıçı koronavirusdan öldü

Rusiyalı yazıçı İlya Ştemler 90 yaşında Sankt-Peterburqda vəfat edib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə onun yaxın dostu şairə Tatyana Semenova məlumat verib. Onun sözlərinə görə, İlya Ştemler bu gün xəstəxanada, koronavirusdan dünyasını dəyişib.

İlya Ştemler 1933-cü ildə Bakıda, Rus Dram Teatrının ədəbiyyat şöbəsinin müdiri Pyotr Ştemlerin ailəsində anadan olub. Texniki təhsil alıb, Leninqrad “Geoloqorazvedka” zavodunda mühəndis işləyib.

# 2127
avatar

Oxşar yazılar