Aybəniz Haşımovanın tələbələri ingilisi necə heyrətləndirdi? - FOTO  + VİDEO
30 aprel 2024 10:33 (UTC +04:00)

Aybəniz Haşımovanın tələbələri ingilisi necə heyrətləndirdi? - FOTO + VİDEO

Ötən gün paytaxtda 1-ci Beynəlxalq Vokal Festivalı keçirilib. 

Lent.az xəbər verir ki, Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında keçirilən Birinci Beynəlxalq Opera Festivalında görkəmli sənətkar Aybəniz Haşımovanın tələbələri xarici tamaşaçıları riqqətə gətirib.

"Sənət Akademiyasının təmsilçiləri –Davud Nəsirli və Nərmin Nərimanlının səhnədə böyük ustalıq göstərməsi Böyük Britaniyada fəaliyyət gpstərən Azərbaycan Beynəlxalq Məktəbin (TİSA) musiqi müəllimini  heyrətləndirib. İngilis tamaşaçı yeniyetmə sənətçilərlə görüşündə yaşadığı zövqü bu ifadələrlə büruzə verib:

"Sizin ifanız, səhnə mədəniyyətiniz, gestləriniz möhtəşəmdir. Siz sanki uzun illərin böyük sənətkarlarısız. Gəlin birlikdə şəkil çəkdirək, siz böyüyəndə mən həmin fotonu hamıya göstərib fəxrlə deyim ki, bu dahi sənətkarlarla hələ onlar uşaq olanda birgə şəklim var".

Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunacaq.

Görüntüləri təqdim edirik:

 

# 2691
avatar

Oxşar yazılar