Avstraliyalı yazıçı  edam   ediləcək
05 fevral 2024 14:28 (UTC +04:00)

Avstraliyalı yazıçı edam ediləcək

Avstraliya vətəndaşı və yazıçı Yang Hengjun Çində məhkəmə tərəfindən möhlətli ölüm cəzasına məhkum edilib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, qərar Pekində çıxarılıb. Bu barədə fevralın 5-də Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Penni Vonq X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

Yüksək rütbəli diplomat Avstraliya hökumətinin xarici ölkədə vətəndaşına qarşı belə bir hökmün çıxarılmasından şoka düşdüyünü deyib. Vonq əlavə edib ki, Hengjun iki il ərzində ciddi cinayətlər törətməsə, edam cəzası ömürlük həbslə əvəzlənəcək.


 

# 3231
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar