“Avroviziya – 2023”ün şüar və loqotipi təqdim olundu
31 yanvar 2023 15:13 (UTC +04:00)

“Avroviziya – 2023”ün şüar və loqotipi təqdim olundu

“Avroviziya” mahnı müsabiqəsinin ötənilki qalibi Ukrayna olsa da, müsabiqəyə bu il ev sahibliyini Britaniya edəcək. Səbəb Ukrayna ərazisində müharibənin davam etməsidir.

Lent.az xəbər verir ki, Liverpul şəhərində keçiriləcək mahnı yarışmasının builki şüar və loqotipi ictimaiyyətə təqdim olunub.  

Müsabiqənin simvolu olan ürək forması bu il mavi, sarı, bənövşəyi və çəhrasyı rənglərə boyanıb.  

Builki şüar isə "United by music" -  “Musiqinin birləşdirdikləri” şəklindədir.

Bukmekerlərin proqnozlarına görə, bu il müsabiqənin qalibləri Ukrayna, İtaliya və ya İsveçrə ola bilər.

# 1491
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar