Aktyor Füzuli Hüseynovu üzvlükdən çıxarıb töhmət verdilər
30 may 2025 19:14 (UTC +04:00)

Aktyor Füzuli Hüseynovu üzvlükdən çıxarıb töhmət verdilər

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.

Bu barədə Lent.az-a teatrın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Füzuli Hüseynov Bədii Şura üzvlüyündən azad olunub və ona töhmət verilib.

Buna səbəb kimi Bədii Şuranın iclasında Füzuli Hüseynovla aktyor Əli Nur arasında baş vermiş mübahisə göstərilib. "Gələcəkdə tərəflər arasında belə halların təkrarlanmaması üçün bu addım atılıb", - qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106

Oxşar yazılar