Kolumbiya dairəsi Federal Məhkəməsi 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana sui-qəsdə cəhd etmiş Con Hinklinin üzərindən bütün ittihamları götürüb.
Lent.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“Nəhayət 41 il, 2 ay, 15 gün sonra azadlıqda” – deyə Hinkli Tvitterdə yazıb. O, gələn ay Nyu-Yorkda konsert verməyi planlaşdırır.
Qeyd edək ki, 1981-ci il martın 30-da Nyu-Yorkda oteldən çıxan prezidentə sui-qəsd cəhdi olub. Güllə zirehli avtomobilə dəydikdən sonra sıçrayaraq dövlət başçısının ürək nahiyəsinə dəyib. Hücum zamanı daha 3 nəfər yaralanıb. Mühafizə xidməti hadisəni törədən Con Hinklini tutub.