Şəhid qızı Mehindən əsgərlərimizə HƏDİYYƏ-VİDEO
09 noyabr 2020 11:40 (UTC +04:00)

Şəhid qızı Mehindən əsgərlərimizə HƏDİYYƏ-VİDEO

“Rast” qrupunun yaradıcısı və rəhbəri, Azərbaycanın Əməkdar artisti Rəşad Həşimov yeni layihə təqdim edib.

Lent.az xəbər verir ki, əməkdar artist Mehin səhnə adı altında çıxış edəcək ifaçı Mehin Hümbətova ilə yaradıcılıq əməkdaşlığına başlayıb. Belə ki, bir müddət əvvəl səhnədən ayrılan Mehin Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mübarizə aparan hərbçilərə həsr edilmiş “Salam əsgər” adlı ilk solo mahnının müəllifi olan Rəşad Həşimovun rəhbərliyi altında yenidən musiqiyə qayıdıb.

Qeyd edək ki, Mehinin atası Birinci Dağlıq Qarabağ müharibəsində Vətən uğrunda döyüşlərdə həlak olub: “Mən çox xoşbəxtəm ki, bu tarixi günlərin canlı şahidiyəm. Ən böyük yük-bizim Ordumuzun, əsgərlərimizin, Ali Baş Komandanımızın çiyinləri üzərindədir. Ona görə biz Rəşad müəllimlə belə qərara gəldik ki, ilk layihəmiz əsgərlərimizə, Ordumuza həsr olunsun. Ona görə da mahnını “Salam əsgər!” adlandırdıq. Ordumuzun qarşısında baş əyirik. Çox möhtəşəm hisslər yaşayıram, artıq Şuşanın dağlarının başında duman yoxdu, artıq bütün Qarabağın üzərində Günəş öz şəfəqlərini saçır. Və mən bir şəhid övladı olaraq vurğulamaq istəyirəm ki, bütün şəhidlərimizin qanı yerdə qalmadı.

“Salam əsgər!” video-klipinin rejissoru Fərhad Əlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314

Oxşar yazılar