Mixail Serebryakov
04 oktyabr 2021 18:41 (UTC +04:00)

Mixail Serebryakov

97 yaşlı müharibə veteranı "Səs 60+" şousunun qalibi oldu - VİDEO

Böyük Vətən Müharibəsi veteranı, 97 yaşlı Mixail Serebryakov Rusiyanın məşhur "Səs 60+" mahnı şousunun qalibi olub.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Serebryakov Oleq Qazmanovun rəhbərlik etdiyi komandanın üzvüdür. Tamaşaçıların 79,5 faizi ona səs verib. 

“Məni indi bir az tanıdıqları üçün üç dəfə xoşbəxtəm, xoşbəxtəm, xoşbəxtəm. Hər yerdə oxumağa çalışacağam”, - Serebryakov deyib. 

O, finalda Matvey Blanter və Yevgeni Dolmatovskinin “Mənim sevgilim”, eləcə də “Əzizim” mahnılarını ifa edib. 
 

97 yaşlı müharibə veteranı "Səs 60+" şousunun qalibi oldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Oxşar yazılar