Builki teatr mövsümünün açılış tarixi dəyişib
Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir Azərbaycan teatrının 139-cu mövsümünün təntənəli açılış mərasiminin sentyabrın 20-dən sonra keçiriləcəyini deyib: “Qərara gəldik ki, bu il mövsüm açılışını yeni əsaslı təmir olunmuş Mingəçevir Dövlət Dram Teatrının qarşısında keçirək. Bu tarix hələ tam dəqiqləşməsə də, sentyabrın 20-dən sonraya nəzərdə tutulur. Amma buna baxmayaraq, istər paytaxt, istərsə də bölgə teatrları sentyabrın 17-dən etibarən tamaşa nümayişinə başlayacaqlar”.
Bu mövsümün teatrlar üçün yaddaqalan olacağını söyləyən nazir təntənəli açılış mərasimi üçün maraqlı proqramın nəzərdə tutulduğunu da qeyd edib.
Xəyalə Muradlı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23