“Nizami” kinoteatrının açılışı yaxın aylarda olacaq
Lent.az-ın məlumatına görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edib ki, müvafiq məsələ ilə bağlı bu ilin sonuna kimi müqavilə imzalanacaq: “Biz bu ilin sonuna qədər kinostudiyanın layihələndirilməsinin başlanması üçün müqavilə imzalayacağıq. Həmin layihə nə qədər tez nəticələnsə, o qədər zaman qazanacağıq və bu məkanın bərpasına başlanılacaq”.
Azərbaycan Dövlət Opera və Balet Teatrının əsaslı təmirinə gəlincə, Ə.Qarayev iki ilə hazırlanan layihənin son variantda oktyabrda onlara təqdim olunacağını söyləyib. Nazirin sözlərinə görə, məhz bundan sonra Opera və Balet Teatrında əsaslı təmir işlərinə başlanılması ilə bağlı dəqiq tarix bilinəcək.
Ə. Qarayev yenidən qurulan “Nizami” kinoteatrının oktyabr-noyabr ayında artıq ictimaiyyətin üzünə açılacağını da əlavə edib.
Xəyalə Muradlı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23