“Tarixi şəhərlərdə mədəni irsin bərpası”
“Kiyev Təşəbbüsü Regional Proqramı” çərçivəsində Avropa Şurasının və Avropa İttifaqının birgə dəstəyi ilə həyata keçirilən “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsi üzrə ikinci seminar treninq başa çatıb.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbir Ordubad, Qazax, Bərdə, Şəmkir, Göygöl, Zaqatala, Qax, Şəki, Quba, Lənkəran şəhərlərinin nümayəndələrinin iştirakı ilə keçirilib. Layihə Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının ekspertlərinin birgə idarəçiliyi ilə baş tutub. Treninqdə Azərbaycan tərəfindən layihədə təmsil olunan on regionun nümayəndələrinə təmsil etdikləri şəhərlə bağlı formalaşdırılmış sənədlərin işlənilməsi qaydası izah olunub, tarixi şəhərlərdə mədəni irsin inkişafı ilə bağlı müzakirələr aparılıb. Dörd gün davam edən tədbirdə Zaqatala, Qax, Şəki, Ordubad və Şəmkir rayonlarından olan nümayəndələrin hazırladıqları hesabat xarakterli sənədlər müsbət qiymətləndirilib.
Tədbir çərçivəsində iştirakçılar Zaqatala və Qax rayonlarının İcra Hakimiyyətlərində görüşlər keçirib, Balakən rayonu Heydər Əliyev adına istirahət parkında, Zaqatala tarix-mədəniyyət qoruğunda, Car kəndində, Qax rayonunda bərpa edilmiş İçəri Bazar küçəsində, yenicə istifadəyə verilmiş turizm obyektlərində və İlisu Dövlət Tarix-mədəniyyət qoruğunda olmuş, yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, sentyabrın 19-dan 21-ə qədər Fransa Respublikasının Strasburq şəhərində Avropa Şurasının mənzil qərargahında “Tarixi şəhərlərdə mədəni irsin bərpası layihəsi” üzrə işçi iclas keçiriləcək. Tədbirdə keçirilmiş treninqlərin nəticələri, ölkə üzrə layihənin icrası, 2012-ci il üçün fəaliyyət planının işlənilməsi müzakirə olunacaq. Görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23