“Muskomediya” mövsümü Xaçmazda açacaq
Tədbirdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi də iştirak edəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin gün Xaçmaz şəhərinin mərkəzindəki “Şəxsiyyətlər muzeyi”ndə vaxtilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmış sevimli gülüş ustaları – xalq artistləri Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Əliağa Ağayev və Hacıbaba Bağırovun abidələri ziyarət olunacaq. Axşam isə teatrın tanınmış aktyorlarının ifasında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası nümayiş olunacaq.
Teatrın kollektivi sentyabr ayının 19-da Şabran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin yenicə təmir etdirdiyi Mədəniyyət evində də “Ər və arvad” tamaşası ilə çıxış etməyi planlaşdırır. Tamaşadakı əsas rollarda xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Ema Məlikova, Gülcahan Salamova, Əlimməməd Novruzov çıxış edəcəklər. Azərbaycanın ilk operettası kimi tarixdə əbədiləşən və 100 yaşını artıq qeyd edən “Ər və arvad”ın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, rəssamı əməkdar rəssam Eldar Qurbanov, baletmeystrləri Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Vaqif Məstanov, konsertmeysteri isə Nərminə Əbdürəhmanovadır.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23