Azərbaycan teatrı 139 ildə ilk dəfə Amerikada
Tədbirdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti Nyu-Yorka səfər edəcək.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərlik etdiyi yaradıcı heyətə tanınmış səhnə ustaları – xalq artistləri Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalist Nərgiz Kərimova, aktyor Əliməmməd Novruzov və başqaları daxildir. Tədbirdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olunacaq.
Tədbirin təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Nyu-York Assosiasiyasıdır.
Qeyd edək ki, bu, 139 illik tarixində Azərbaycan teatrının okeanın o tayına - Amerikaya ilk səfəridir.
Xəyalə Muradlı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23