Əyyub Quliyev Bakıda Vyana Dövlət Kamera Orkestrinə dirijorluq edəcək
Orkestr sentyabrın 20 və 21-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında konsert verəcək. Lent.az-ın məlumatına görə, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq konsertlərdə orkestrin dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev edəcək. 20 sentyabrda keçirilməsi planlaşdırılan ilk konsertdə Əyyub Quliyevin rəhbərliyi ilə Vyana orkestri A. Şönberqin “Transfiqurasiyalı gecə”, V.A. Motsartın “Divertisment”i və F. Mendelsonun “Re minor” skripka konsertini ifa edəcək.
Əsərin Bakı premyerasına P.Çaykovski və L.Mosart adına beynəlxalq müsabiqənin qalibi, skripkaçı Cexay Lİ (Cənubi Koreya) gələcək.
Sentyabrın 21-də baş tutacaq ikinci konsertin proqramına isə əsasən Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və Aqşin Əlizadənin əsərləri daxildir. Fikrət Əmirovun məşhur “Nizami” simfoniyasının ifası konsertin əsas hadisələrindən biri kimi qiymətləndirilir.
Həmçinin konsertin proqramı çərçivəsində ilk dəfə olaraq Bakıda V.A. Mosartın iki fortepiano ilə orkestr üçün konserti (“Lodron”) səslənəcək. Konsertin Bakıda ilk ifası məşhur pianoçular, Azərbaycanın əməkdar artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında təqdim olunacaq.
Xəyalə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23