“Xəcalət” IV Beynəlxalq Teatr Festivalında nümayiş olunacaq
Sentyabrın 15-də A. P. Çexov adına Yalta Teatrında “Teatr. Çexov. Yalta 2011” devizi altında IV Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Festivalda Böyük Britaniya, İsrail, İspaniya, Rusiya daxil olmaqla dünyanın 11 məşhur teatr kollektivləri maraqlı tamaşalar göstərəcək. Azərbaycan Akademik Milli Dram Teatrı festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesini təqdim edəcək.
Teatrdan Lent.az-a verilən məlumata görə, bu festivalda iştirak edən dövlətlərin bayraqları növbəti Beynəlxalq Teatr Festivalına kimi A. P. Çexov adına Yalta Teatrının binası üzərində dalğalanacaq.
“Xəcalət” tamaşası sentyabrın 13-də Simferopol şəhərində Azərbaycan diasporasının nümayəndələri qarşısında göstəriləcək.
Pyesdə Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması ön plana çəkilib. Tamaşada baş rollarda xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, əməkdar artist Mətanət Atakişiyeva və başqaları iştirak edəcək. Tamaşanın rejissoru Bəhrəm Osmanovdur.

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23