Heydər Əliyev sarayında xeyriyyə konserti keçirilib
Dünən Heydər Əliyev sarayında Məlahətli Ana ictimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə konserti keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri Azərbaycanın “Eurovision-2010” təmsilçisi Səfurə Əlizadə aparıb. Konsertin əvvəlində təşkilatın bu günə qədər həyata keçirdiyi xeyriyyə aksiyalarına həsr olunmuş qısa sənədli film nümayiş olunub. Ardınca birliyin sədri Natiq Əhmədov xeyriyyə konsertinin keçirilməsinə dəstək olan və kimsəsiz uşaqların məktəbli geyiminə olan ehtiyaclarını ödəyən sponsorlara təşəkkürünü bildirib.
Birliyin ictimaiyyətlə əlaqələr üzrə təmsilçisi Elnurə Əliyeva Lent.az-a açıqlamasında tanınmış estrada ulduzlarının kampaniyaya dəstək verdiklərini deyib: “Bugünkü konsert xeyriyyəçilik əməllərinin təbliğatı baxımından çox önəmlidir. Gənc müğənni Sevda Yahyayeva 10 dəst, Röya isə 20 dəst məktəbli geyiminin pulunu ödəyiblər. Səyyad Əlizadə, xalq artisti Nisə Qasımova, Emin, Mətanət İsgəndərli, N-Brothers qrupu və b. təmənnasız olaraq konsertdə iştirak etməyə razılıq veriblər”. E.Əliyeva konsertə multimedia dəstəyini Viva Media şirkətinin verdiyini vurğuladı.
Qeyd edək ki, Bakı Tikiş Fabriki ilə Məlahətli Ana İctimai Birliyi arasında imzalanan müqaviləyə əsasən 500-ə yaxın məktəbli geyimi tikilərək kimsəsiz uşaqlar arasında paylanacaq.
Əlavə edək ki, 2 saata yaxın davam edən konsertdə bəzi müğənnilərə diplomlar və xüsusi hazırlanmış kiçik heykəllər paylanıb. Gənc müğənni S.Yahyayevaya isə xüsusi təşəkkür diplomu təqdim olunub.
Nailə

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55