Eurovision TV-nin direktoru: “Növbəti il Azərbaycanda möhtəşəm şounun keçiriləcəyinə əminik” - FOTO
İTV-dən Lent.az-a verilən məlumata görə, toplantıda İctimai Televiziya Məşvərət qrupunun üzvlərini gələn ilin may ayında keçiriləcək 57-ci “Eurovision Mahnı Müsabiqəsi”nin hazırlıq prosesi ilə bağlı məlumatlandırıb. Həmçinin “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən işlər, təşkilati məsələlər müzakirə edilib.
“Eurovision Mahnı Müsabiqəsi”nin təşkili ilə əlaqədar İctimai Teleradionun təklifini qəbul edən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında Məşvərət qrupuna məlumat verilib. Fondun sosial, mədəniyyət, təhsil və digər sahələrdə böyük layihələri ilə tanışlıqdan sonra Məşvərət qrupunun üzvləri bu əməkdaşlığın müsabiqənin uğurlu keçirilməsi üçün əhəmiyyətli olacağını bildiriblər.
Məşvərət qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkədə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdırıb: “Bu onu göstərir ki, müsabiqəyədək hər şey çox gözəl olacaq. Bu müsabiqə ölkənin tanıdılması baxımından böyük imkandır”.
Eurovision TV-nin direktoru Yorqan Frank EBU ilə İctimai Televiziya arasında ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın “Eurovision Mahnı Müsabiqəsi” ilə bitməyəcəyini qeyd edib. O, “Eurovision Mahnı Müsabiqəsi”nin 56 ildir yaşadığını və uzunömürlü bir televiziya layihəsi olduğunu vurğulayıb: “Müsabiqədə ev sahibi hər il bir yenilik edir. Bu mahnı müsabiqəsi hər dəfə yenidən başlayır və ev sahibliyi edən hər bir yayımçı layihəyə bir yenilik gətirir. Bakıda keçirilən iclas bizi çox ruhlandırdı. Əminəm ki, biz növbəti il Azərbaycanda möhtəşəm şounun şahidi olacağıq”.
“Eurovision Mahnı Müsabiqəsi”nin rəhbəri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sitse Bekker indiyədək görülən hazırlıq prosesini yüksək dəyərləndirdiklərini və “Eurovision-2012”-nin yaddaqalan şou olacağını bildiriblər.
Məşvərət qrupunun üzvləri İctimai Televiziyada şirkətin texniki imkanları ilə tanış olublar. Qonaqlar yaradıcı heyətlə görüşdə müsabiqə ilə bağlı fikirlərini bölüşüblər.
Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək.

Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55