Hamlet Xanızadənin xatirə gecəsi keçirilib
27 avqust 2011 10:47 (UTC +04:00)

Hamlet Xanızadənin xatirə gecəsi keçirilib

Lent.az-ın məlumatına görə, tədbirdə kinoşünas Aydın Kazımzadə, rejissorlar Ramiz Həsənoğlu, Ənvər Əbluc, Əbdül Mahmudbəyov, xalq artistləri Azərpaşa Nemətov, Rafiq Əzimov, aktyor Şamil Süleymanov, eləcə də Hamlet Xanızadənin digər sənət dostları və ailə üzvləri iştirak edib.

Gecə Hamlet Xanızadənin həyat və yaradıcılığından bəhs edən videomaterialın nümayişi ilə başlayıb.

Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev Hamlet Xanızadənin həyat və yaradıcılıq yoluna nəzər salıb. Bildirib ki, Hamlet Xanızadə Azərbaycan kino tarixində , “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “O qızı tapın”, “Yaramaz”, “Qətl günü” kimi 80-ə yaxın filmdə yaddaqalan obrazlar yaradıb: “Hamlet Xanızadənin daxilində bir obraz var idi ki, bu simanı onun ifa etdiyi bütün rollarda görmək olar. O, müharibəyə, müharibəni törədənlərə nifrət edirdi. Ermənilərin Qarabağ torpağına iddialı olmaları, Qorbaçov hakimiyyətinin Bakıda törətdiyi 20 yanvar qırğını onun rahatlığını əlindən almışdı, nə evdə, nə də işdə özünə yer tapa bilmirdi”.

Mərasimdə Hamlet Xanızadənin çəkildiyi filmlərdən parçalar göstərilib. Film Fondun foyesində isə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş etdirilib.

Xatırladaq ki, Hamlet Xanızadə 1990-cı ildə 48 yaşında dünyasını dəyişib.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar

Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34