Telman İsmayılov Türkiyədə film festivalının baş sponsoru oldu
Antalya Böyükşəhər Bələdiyyəsinin və AKSAV-ın təşkil etdiyi “İsmayıl Cem Televiziya Mükafatları” festivalın baş sponsoru tanınmış azərbaycanlı iş adamı Telman İsmayılov olub. Lent.az-ın “Milliyət” qəzetinin saytına istinadən yaydığı məlumata görə, ilk dəfə keçirilən festival televiziyaların və şou əhlinin böyük marağına səbəb olub. .
Festival T.İsmayılovun “Mardan Palace” otelində keçirilib və Antalya Böyükşəhər Bələdiyyəsinin 46 ildir təşkilatçılıq elədiyi “Qızıl Portağa”ı öz möhtəşəmliyi ilə geridə qoyub. Hətta türk kinematoqrafların fikrincə, bu festival bir neçə il içərisində “Qızıl Portağal”dan daha məşhur ola bilər.
Maraqlı məqamlardan biri budur ki, azərbaycanlı iş adamı ilə Antalya Böyükşəhər Bələdiyyəsi başqanı Mustafa Akayd arasındakı münasibətlər yaxşı deyil. Çünki bələdiyyə başqanı məşhur otelin açılış mərasimində iştirak etməkdən imtina etmişdi. Amma İsmayıl Cem adına film festivalı Antalyaya 1,5 milyard dollarlıq investisiya qoyan azərbaycanlı iş adamı ilə başqanın arasındakı buzları əridib. Festivalın baş sponsoru olan T.İsmayılov bütün tədbir boyu bələdiyyə başqanının dilindən düşməyib və M.Akayd ona təşəkkürlərini hər fürsətdə bildirib.
Nailə

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23