“Sülh qoruyucusu” Yaşıl teatrda konsert verəcək - FOTO
Lent.az-ın məlumatına görə, konsert “Buta” İncəsənət Mərkəzinin təşkilati dəstəyi ilə baş tutacaq. Tamara Qverdtsiteli Bakıdakı konserti haqqında deyib: “Son 10 ildə Bakıda konsert verməmişəm. İyulun 2-də gözəl konsert zalında böyük dəyər verdiyim, incə musiqi duyumuna malik və istiqanlı Azərbaycan tamaşaçıları ilə görüşmək mənim üçün böyük şərəfdir”.
Tamara Qverdtsiteli - müğənni və bəstəkar, Gürcüstan və Rusiyanın xalq artistidir. O, dünyanın bir nömrəli konsert zallarında – Karnegi - Holl, Akadem-Holl və Paris Olimpiya zalında solo konsertlər verir.
Tamara Qverdtsitelinin bioqrafiyasında əfsanəvi bəstəkar Mişel Leqran böyük yer tutur, o, Qverdtsitelinin ifasına elə məftun olub ki, xüsusi olaraq onun üçün bir neçə mahnı bəstələyib və konsertdən sonra Parislilərə üzünü tutaraq: “Paris, bu adı unutma – Tamara!” deyib. Onlar ilk birgə konserti Paris Olimpiyasında veriblər. Müğənni gürcü, rus, ispan, ingilis, fransız, italyan, alman, ukrayna və yəhudi dillərində mahnılar ifa edir.
Məşhur sənətçi Tbilisi Konservatoriyasını bitirib. O, bir çox beynəlxalq musiqi müsabiqələrinin qalibi və çox sayda nüfuzlu mükafatların laureatıdır. Xanım Qverdtsiteli “Sülh qoruyucusu” mükafatının laureatıdır, eyni zamanda “Fəxri mesenat və xeyriyyəçi” adına, “Mərhəmət və səmimiyyətə görə” mükafatına layiq görülüb.
Lalə Yusifqızı

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55