Naxçıvanda türk rəssamının sərgisi açıldı
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sərgi Naxçıvanda Türkiyə Baş Konsolluğunun sərgi salonunda baş tutub. Mərasimi Türkiyənin Naxçıvandakı baş konsulu Ayhan Enginar açıb. O, ölkəsinin tanınan rəssamlarından olan Hüseyn Yıldırımın burada sərgisinin keçirilməsindən məmnun olduğunu bildirib: “Bu cür mədəni fəaliyyətlər qardaş Azərbaycan və Türkiyə xalqını, Türkiyə ilə Naxçıvan Muxtar Respublikasını daha da yaxınlaşdırır”.
Rəssam Hüseyn Yıldırım da çıxışı zamanı Naxçıvanda sərgisinin açılmasından məmnunluğunu dilə gətirib. Rəssam ona bu imkanı yaratdığına görə, Türkiyənin Naxçıvandakı baş konsulu Ayhan Enginara və Naxçıvan MR rəsmilərinə minnətdarlığını bildirib.
Sərgidə Hüseyn Yıldırımın akvarel və yağlı boya ilə işlədiyi 16 əsəri nümayiş olunub. Sərgi üç gün davam edəcək.

Oxşar yazılar
Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36