Azərbaycanda yeni tammetrajlı psixoloji triller çəkilir –
Azərbaycan tamaşaçıları ötən ilin noyabrından çəkilişlərinə başlanılan tammetrajlı bədii filmi - “Ultionis” psixoloji trillerini yaxın vaxtlarda izləyə biləcək. “Qafuroğlu Film” Yaradıcılıq Birliyindən Lent.az-a verilən məlumata görə, çəkilişlər yekunlaşmaq üzrədir.
Nicat Qafuroğlunun eyniadlı romanı əsasında ekranlaşdırılan psixoloji trillerin ssenari müəllifləri Ceyhun Musaoğlu və Nicat Qafuroğludur. Rollarda xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva da daxil olmaqla ümumilikdə 167 aktyor və aktrisa iştirak edib.
Film 3 dildə - Azərbaycan, rus, ingilis dillərində səsləndiriləcək.
Filmin quruluşçu rejissoru Nicat Qafuroğlu “Ultionis” filmini nüfuzlu beynəlxalq festivallara təqdim etmək niyyətindədir: “Hələ ssenarini yazmağa başlayandan qarşımıza məqsəd qoyduq ki, dünya tamaşaçılarının diqqətini çəkəcək film yaradaq. Göstərmək istəyirik ki, Azərbaycanda da “Kann”, “Oskar” mükafatlarına layiq filmlər çəkmək mümkündür. Buna görə çəkilişlərdə ən müasir texniki avadanlıqlardan istifadə olunur və prosesə xarici kino mütəxəssislərini də cəlb etmişik. Düşünürəm, hazırkı nəticədən razı qalmaq olar. Son sözü isə təbii ki, tamaşaçı deyəcək”.
Məlumata görə, təxminən 2 aydan sonra filmin geniş təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27