Kamança ustası Fəxrəddin Dadaşovun açıq ustad dərsi keçirilib
Lent.az-ın məlumatına görə, açıq dərs instrumental muğam kafedrasının müdiri, sənətşünaslıq namizədi, professor, əməkdar müəllim Malik Quliyevin təşəbbüsü ilə təşkil olunub. Açıq dərsdə Milli Konservatoriyanın prorektorları Vaqif Əbdülqasımov və Akif Quliyev, instrumental muğam kafedrasının müəllim və tələbə heyəti iştirak edib.
Kaman ustası tələbələrə “Şur” muğamını müqayisəli şəkildə keçib, onları maraqlandıran sualları cavablandırıb, öz tövsiyələrini verib. Fəxrəddin Dadaşov açıq ustad dərsindən məmnun qaldığını deyib. O, bu cür dərslərin keçirilməsinin tələbələrin lazımi bilgiyə yiyələnməsi istiqamətində olduqca əhəmiyyətli və effektli addım hesab edir.
Xatırladaq ki, Milli Konservatoriyanın tarixində ilk dəfə olaraq tarzən, xalq artisti Möhlət Müslümovun açıq ustad dərsi keçirilib.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27